Ötən günlərdə məşhur brendlərin təşkil olunmuş sərgilərdə nümayişləri 2020-ci ilin ayaqqabı trendlərini müəyyən edib. Belə ki, növbəti ilin yaz-yay kolleksiyasında həm retro tərzə geri dönəcəyik, həm də bir sıra yeni tərzlə görüşəcəyik.
Fərqli tərzdə dabanlar 2020-ci ildə tez-tez qarşımıza çıxacaq.

Bir dönəm dəbdə olan “Mary Jane” tərzi, stilettoya qoyulan zərif bağlar gələn il geri qayıdacaq. Üstəlik, nazik corablar da gələn ilin dəbi olacaq.

Gələn il yarım bağlı, çəkələk tipli ayaqqabılar da bir sıra brendlərin kolleksiyalarının başında gələcək.

Daha çox retro tərzini xatırladan arxası açıq qabağı bağlı hündür ayaqqabılar da 2020-ci ildə tez-tez görəcəyimiz formadır.
Ötən il də görməyə alışdığımız rəngli çəkmələr 2020-ci ilin trendləri sırasındadır.
