Saatda 5 dəqiqəlik gəzinti oturaq həyat tərzinin mənfi nəticələrini təmamilə aradan götürür.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, amerikalı alimlər bunu ekspriment əsasında sübut ediblər. Müəlliflər öz araşdırmalarının nəticələrini “Medicine & Science in Sports & Exercise” jurnalında dərc ediblər.
İndiana universitetinin alimi Saurab Tosar belə deyib:
“Oturaq həyat tərzinin xroniki xəstəliklərin inkişafına təsiri, gəzintilərin və qaçışın isə ürək-damar sisteminə köməyi barədə həkimlər dəfələrlə qeyd ediblər. Lakin buna eksprimental sübutlar yox idi. Bizim araşdırmalarımız göstərdi ki, uzun müddət oturaq vəziyyətdə olmaq endotermik (istilik udan) funksiyasına zərbə vurur, qısamüddətli hərəkət isə onun normal fəaliyyətini bərpa edir”.
Uzun müddət oturduqda (bu adətən iş yerində baş verir) əzələlər boşalır və qan dövranı zəifləyir. Qan aşağı ətraflarda yığılır və arteriyanın endotelial funksiyasınına təsir edir.
Araşdırmanın iştirakçıları (20-35 yaşlarında sağlam kişilər) 2 sınaqdan keçiriliblər. Birinci dəfə onlar 3 saat oturublar və hər saat onların arteriyalarının gümrahlığı yoxlanılıb. İkinci eksprimentdə kişilər elə həmin müddəti oturaq vəziyyətdə keçiriblər. Lakin hər saatdan bir 3,2 km/saat sürətlə “qaçış zolağında” qaçıblar.
Məlum olub ki, arteriyanın funksiyalığı artıq bir saat oturduqdan sonra 50% aşağı düşür. Ancaq 5 dəqiqəlik gəzinti fasilələri bu pozuntunu bütünlüklə aradan qaldırır.