7 yaşlı Ripon Sarker dünyada nadir rast gəlinən və xalq arasında “ağac xəstəliyi” adlandırılan və tibbi adı “Epidermodisplazya verruciformis” olan dəri xəstəliyindən əziyyət çəkir.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, valideynləri bu xətəlikdən qurtulmaq üçün övladlarını xəstəxanaya yerləşdiriblər. Həkimlər uşağın bədənindəki ağac qabığına bənzəyən ziyilləri əməliyyatla götürəcəklərinə söz veriblər.
Bir il ərzində uşağın 15 əməliyyat keçirməsi planlaşdırılır.
Aytən Sadıqzadə
www.oxu.az