Son zamanlar 90-60-90 ölçülü incə modelləri, bu ölçülərdən yetərincə uzaq olan modellərin əvəz olunmasının şahidi oluruq. Uğurlu model olmaq üçün artıq özünə üzücü pəhrizlərlə əzaiyyət vermək vacib deyil. Özün kimi ol.
Oxu.Az AdMe.ru-ya istinadən Dəbin reallığa uyğun formaya malik qızların üzünə güldüyünü sübut edən 12 sübutu təqdim edir.
Robin Lauli

© robynlawley
Bu il Robin məşhur “Sports Illustrated” jurnalı üçün çəkilib. O, dizaynerlərin bədən ölçüləri böyük olan qızlara şans vermədikləri üçün açıq şəkildə qınayıb.
Klemen Düsso

blogspot
Klemen – qalmaqallı reklam kampaniyaları ilə şöhrət tapan “American Apparel” amerikan markasının simasıdır.
Cenni Rank

tumblr
Cenni ilk dəfə H&M reklamında çəkilib. Brend modanın konkret ölçüsü olmadığını, hər xanımın unikal olduğunu nümayiş etdirmək qərarına gəlib. Rank stereotiplər üçün narahat olmamağı və həyatdan zövq almağa çağırıb.
Tara Linn

© Elle Spain
Tara ixtisasca linqvistdir və H&M reklamında çəkilənə qədər model biznesində heç bir təcrübəyə malik olmayıb.
Deniz Bido

© cosmopolitan
O, Serena Uilyamsın şousunun yeganə finalçısıdır
Saffi Karina

dailymail
Saffi çəkisinin artmasına görə onunla bağlnana müqavilə pozulana qədər model kimi çalışırdı. Həmin vaxt o, plus size modelləri dəstəkləyən təşkilat yaradır və özüdə bu biznesdə uğurla çalışır.
Keyt Dillon

© vogue
Keyt “adi” model olmağa səy göstərib, bu isə anoreksiyaya səbəb olub. O zaman, Keyt özü olmağı və olduğu kimi qalmağı qərara alıb.
Eşli Qrem

© vogue
Sports Illustrated jurnalının xüsusi nömrəsi üçün çəkilişlərdən sonra Eşli barədə bütün dünya danışdı. O, ideal model bədən quruluşuna sahib deyil, amma bu ona ən dəbli jurnalların səhifəsində görünməyə mane olmur.
Kendis Haffin

fashiongonerogue
Pirelli 2015 təqvimi üçün çəkilən modellər arasında fərqli bədən ölçülərinə malik yeganə modeldir.
Jüstin Leqo

flickr
Elle-nin tarixində ilk dəfə Elle Quebec üz qabığında şəkili çıxır, bundan sonra onun üçün dünyanın bir çox podiumlarına gedən yollarda yaşıl işıq yanır.
Kristaı Renn

© Paper Planes
14 yaşında model olub, bundan sonra onda çəkisi ilə problem yaranıb. İndi hər şey qaydasındadır.
Uitni Tompson

Panache
Keçən il “Amerikanın 10 ən yaxşı modeli” müsabiqəsində qalib gəldikdən sonra məşhurlaşıb.
S.S.
www.oxu.az