Beynəlxalq Kosmik Stansiyanın astronavtı qeyri-adi fotoların əslində necə çəkilməli olduğunu göstərib, Oxu.Az kp.ru-ya istinadən xəbər verir.
Xəbər verildiyi kimi o, minlərlə qız kimi ayaqlarının şəklini çəkib. Amma o fon olaraq çimərlik və dənizdən daha maraqlı bir fon seçib. Arxa planda Beynəlxalq Kosmik Stansiyanın illüminatorundan görünən Yerdir.
Foto Beynəlxalq Kosmik Stansiyanın Facebook səhifəsində dərc edilib. Şəklin altında “Sizin çimərlikdəki adi ayaqlarınıza bənzəməz” yazılıb.
Bu paylaşım çoxsaylı şərhlər toplayıb. Filadelfiyanın sakinlərindən biri hətta səmanın fonunda - Yer atmosferinin o biri ucunda öz ayaqlarının fotosunu çəkib.
