Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsində olan britaniyalı astronavt Tim Pik Yer kürəsindən 400 km hündürlükdə çəkilmiş tufanın kadrlarını öz İnstagram hesabında yerləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə “Popular Science” məlumat yayıb.
Ehtiyatda olan hərbi təyyarəçi Tim Pik BKS dekabrın 15-də beynəlxalq ekipajın tərkibində gəlib.
O, Avropa Kosmik Agentliyinin rəhbərliyi altında kosmosa gedən ilk Böyük Britaniya vətəndaşıdır.