Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Atillanın nəvələri Qaxdakı məbəddə dəfn olunublar?
Qaxın Ləkit kəndində yerləşən tarixi abidə məhv olmaq üzrədir.
3 hektar ərazisi olan tetrakon - dördkünc formada tikilən məbədin 6-7-ci əsrlərdə inşa edildiyi qeyd olunsa da, tarixçilər bu unikal tikilinin yaşının daha çox olduğunu bildirirlər.
Tarixçi Vaqif Aydınov qeyd edib ki, abidə son illərdə daha çox deformasiyaya uğrayıb və dağılıb:
"Abidənin yaşı təxminən iki min ildir. Məbəddə iki dəfə tədqiqat aparılıb və məlum olub ki, burada terras formasında ərzaq saxlanılan yerlər də mövcud olub. Bu məbəd öz əzəməti, zənginliyi ilə Roma tikililərindən geri qalmır".
Qax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndi isə bildirib ki, Hun imperiyasının hökmdarı Atillanın ölümündən sonra onun Roma casusları tərəfindən təqib olunan nəvələrinin bu məbəddə sığınacaq tapdığı ehtimal edilir.
Daha ətraflı Baku TV-nin materialında:

"Azərbaycanın tarixi abidələri" teqi üzrə xəbərlər
- Azad olunmuş ərazilərdə yeni tarixi, memarlıq və arxeoloji obyektlər tapılıb
- Dövlət xidməti alban məbədlərindəki qanunsuz qazıntılara münasibət bildirildi
- XİN: Ermənistanın tarixi kütləvi şəkildə saxtalaşdıran təbliğatı sülhə xidmət etmir, təhlükəlidir
- Şabranda Erkən Tunc dövrünə aid tarixi nümunələr tapıldı: 3000 ildən çox tarixi var
- Əsrlərlə öz üslubunu qoruyub saxlayan Bayan kəndi: Tarixi yaşayış məskənindən REPORTAJ