Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avstraliyada uşaqlar ilandan oyun üçün istifadə ediblər
Avstraliyada uşaqların ilanı "ipatdı" oyunu üçün ip kimi istifadə etmələri videoya düşüb.
Oxu.Az xəbər verir ki, video "News.com.au" portalında paylaşılıb.
Məlumata görə, hadisə Vurabinda şəhərində baş verib. Yerli uşaqların gülərək küçənin ortasında tullanmaları yoldan keçən qadının diqqətini çəkib.
Qadın oğlan uşaqlarına yaxınlaşaraq onlardan əllərində nə tutduqlarını göstərmələrini istəyib. Onlar "ip"i yerə atıblar və qadın onun iri ilan olduğunu görüb. Oğlanlardan biri onu qara başlı piton adlandırıb.
Qeyd edək ki, Avstraliya qanunlarına görə, qara başlı pitonu yaralamaq 12 600 dollara qədər cərimə ilə nəticələnə bilər.
"Avstraliya" teqi üzrə xəbərlər
- ABŞ və Avstraliya kəşfiyyatı Kennediyə qarşı sui-qəsdlə bağlı faktları gizlətməyə çalışıb
- Avstraliyada çimərlikdə müəmmalı köpük 100-dən çox insanın xəstələnməsinə səbəb oldu
- Avstraliyalı dünya çempionunun onurğası Gürcüstanda keçirilən yarış zamanı sınıb
- Qanı ilə 2 milyondan çox körpənin həyatını xilas edən Ceyms Harrison VƏFAT ETDİ
- Təyyarədə dəhşət: Avstraliyalı cütlük saatlarla meyitlə uçmaq məcburiyyətində qaldı