Bakıda piyada keçidindən keçən zaman ölümlə üz-üzə gələn şəxsin videosu yayılıb.
Oxu.Az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi görüntülərdən aydın olur ki, hadisə “Qara Qarayev” metrostansiyasının yaxınlığında bir nəfər piyada keçidindən yolu keçərkən baş verib.
Belə ki, qırmızı işığın sönməsinə 1-2 saniyə qalmış sürətlə iki avtomobil yolu keçmək istəyiblər. Bu zaman isə avtobusun qabağından piyada keçidindən keçən şəxs iki avtomaşının arasında qalıb. Əgər yolu keçən adam 1-2 saniyə tez və ya gec keçsəydi, iki avtomobildən birinə çırpılacaqdı.
E.Ə.
www.oxu.az