Bakıda səfirlik avtomobili qəzaya düşüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Moldova səfirliyinə məxsus olan, Pyotr Şabdesadenin idarə etdiyi “Toyota Prado” markalı, 040 D 001 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Ayaz Kəlbiyevin idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub. Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
A.M.