Dünən Bakı şəhərinin Sabunçu rayonunda - Heydər Əliyev prospektinin keçmiş “Komsomol” dairəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən şəxsin kimliyi məlum olub.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, “QAZ 31 10” markalı minik avtomobili ilə “Mercedes” markalı kiçiktutumlu yük maşınının toqquşması nəticəsində hadisə yerində vəfat edən şəxsin 1936-cı il təvəllüdlü Astanov Hacıağa Abdulla oğlu olması müəyyənləşib.
“QAZ 31 10”-un sükanı arxasında olan 81 yaşlı kişi avtomobil yanmağa başlamazdan əvvəl yaxınlıqdakı şəxslər tərəfindən nəqliyyat vasitəsinin salonundan çıxarılıb. Lakin hadisə yerinə gələn həkimlər onun artıq vəfat etdiyini müəyyənləşdiriblər.
Qeyd edək ki, qəza nəticəsində 15 və 33 yaşlı daha iki nəfər xəsarət alıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb.
01.08.2017 (14:32)
Aeroport yolunda baş verən qəzanın təfərrüatları məlum olub.
Oxu.Az primetime.az-a istinadən xəbər verir ki, 99 DB 556 dövlət nömrə nişanlı “QAZel” markalı nəqliyyat vasitəsi ilə10 GK 930 dövlət nömrə nişanlı, “Qaz 031” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Qaz 031” markalı avtomobil tamamilə yanıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralınıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Əraziyə polis, yanğınsöndürən və təcilli tibbi yardım maşınları cəlb olunub.
13:53
Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətindəki yolda (keçmiş “Komsomol dairəsi”) yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitələrindən birində yanğın baş verib.
Hazırda bu istiqamətdəki yolda tıxac müşahidə olunur.
A.M.