Avstraliyada təşkil edilən “David Malin astrofotoqraf mükafatları” fotomüsabiqəsi 12 il əvvəl bir neçə fotoşəkilin nümayişi ilə başlayıb.
Oxu.Az xəbər verir ki, bu gün isə yarışmaya ölkə səviyyəsində yüzlərlə fotoşəkil göndərilir. Hansı ki onlar Avstraliyanın ən gözəl astronomik fotolarını ehtiva edir. Müsabiqəyə həvəskar astronomlar, astrofotoqraflar qatılır.
Yarışmanın münsifi David Malin “Rəngləri doğru tutmaq olduqca əhəmiyyətlidir və bunun üçün ulduzlar haqqında bir az məlumatlı olmaq lazımdır” deyir.
Yarışmanı qazananlar ötən həftə sonu elan edildi. Qalib fotoşəkillər New South Wales əyalətindəki Parkes Rəsədxanasında sərgilənəcək.
Bu il ən böyük mükafatını Orion ulduz dəstələrinin genişbucaqlı görünüşünü lentə almağı bacaran fotoqraf Troy Casswell qazanıb (birinci fotoşəkil).
Aytən Sadıqzadə
www.oxu.az