Bu gün sentyabr ayının 1-də bəşər tarixində ən qanlı və qəddar müharibə kimi yadda qalan ikinci Dünya Müharibəsinin başlanmasından 75 il ötür.
1939-cu ilin bu günündə alman qoşunlar Polşaya daxil olublar. 44 quru qoşunları, yeddi tank və dörd motoatıcı tağımı sərhədi keçib. 18 gün ərzində polşa ordusu darmadağın edilib, hakimiyyət və hərbi komandanlıq isə ölkəni tərk edib. Sentyabrın 3-də İngiltərə və Fransa qarşılıqlı yardım haqqında pakta müvafiq olaraq Almaniyaya müharibə elan ediblər.
Oxu.Az “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, bu gün Polşada xatirə tədbirləri keçiriləcək, bu tədbirlərdə Polşa və Almaniya prezidentləri – Bronislav Komorovski və Yoahim Qauk, eləcə də Avropa Şurasının sədri təyin edilmiş Polşanın baş naziri Donald Tusk iştirak edəcəklər.