Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlk görüntülər: "Honda" yeni krossoverini "off-road" versiyasında nümayiş etdirdi
"Honda" şirkəti yeni "Passport TrailSport" krossoverinin tezliklə çıxacağını xatırladıb.
Oxu.Az-ın "Tarantas News"a istinadla verdiyi məlumata görə, yaponlar modelin sınaqlarından kamuflyajda çəkilmiş görüntülərini paylaşıblar.
Yeni krossover haqqında hələlik az məlumat var. "Passport" 3.5 litr həcmli V6 mühərrikini saxlayacaq, lakin onun gücü hazırkı 284 at gücündən artıq olacaq. Avtomatik ötürmələr qutusunda bir pillə artıq - 9 əvəzinə 10 olacaq.
"Honda Passport"un yeni nəslinin premyerası bu payızda gözlənilir. Avtomobilin qlobal bazara gələn il satışa çıxarılacağı gözlənilir.
"Avto-moto" teqi üzrə xəbərlər
- Orijinal olmayan avtomobil şüşələri: Aşağı qiymətin arxasında nə durur?
- "Mercedes-AMG"nin rəhbəri şirkətin müştərilərini itirməsinin səbəbini açıqladı
- Çində transformer avtomobillərin satışına başlanıldı
- Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI
- Yağışda avtomobili idarə etmək: Yolda riskləri necə azaltmalı?
Ən çox oxunanlar