“ComScore” şirkəti ABŞ-ın mobil qurğu istifadəçiləri arasında genişmiqyaslı tədqiqat keçirib. Nəticələr mütəxəssisləri bir qədər təəccübləndirib.
Oxu.Az ICTnews-a istinadən xəbər verir kki, tədqiqata əsasən, smartfon sahiblərinin 66 faizi ayda birdən az tətbiq quraşdırır, “iPhone” və “iPad” sahiblərinin illik gəliri “Android” qurğu sahibləri ilə müqayisədə 40 faiz yüksəkdir.
Sosial şəbəkələr əvvəlki kimi mobil qurğularda ən populyar tətbiqlərdir. Sonrakı yerlərdə oyun və radio tətbiqləri qərarlaşıb.