Sən demə, dəhşətli yol şəraiti yalnız üçüncü dərəcəli ölkələrdə olmur.
Oxu.Az xəbər verir ki, Los-Anceles kimi məşhur şəhərdə, qonaqları ilk olaraq yolların bərbad vəziyyətdə olması təəccübləndirir. Əyani təsəvvür üçün əsas küçələrdən biri olan, Sakit okean boyu 25 km uzanan Uilşir bulvarından, Los Ancelesin mərkəzinə qədər getmək kifayətdir. Burada “milyonerlər dəhlizi” adlandırılan Vestvud rayonunda, - bulvar boyu hündür binaların, bahalı apartamentlərin fonunda yolların keyfiyyəti çox kəskin kontrast yaradır, asfalta vurulmuş yamaqlar dağıldığı üçün sürücülərə onları dövr edərək yan keçmələri lazım olduğu üçün narahatlıq yaradır.
Küçələrin əksəriyyəti könhə çatlamış beton və ya asfaltla örtülüb, bəzi yerlərdə isə tamamilə yola bənzəmir.
Ümumiyyətlə, Amerika öz yolları ilə məşhurdur – bütün şəhərlərdə və kəndlərdə demək olar ki, normal şəkildədir. San-Fransisko və Los-Anceles istisnadır. Sonuncu ümumiyyətlə, bütün ölkənin gülüş hədəfinə çevrilməklə yanaşı, bərbad yolları olan şəhərlər siyahısına düşür. Bu haqda bütün iri qəzetlər yazır, TV-lər göstərir, amma heç nə dəyişmir. Deyilənə görə, şəhərdə yolların üçdən ikisi köhnəlib, 60 ildən artıqdır ki, təmir edilmir, təmir isə 3 milyard dollardan artıq vəsait tələb edir, şəhər büdcəsi isə bunu ödəmək imkanına malik deyil.
Oxuculara Los-Anceles yollarının şəkillərini təqdim edirik.














































