Kanadada inşa edilən dünyanın ən hündür taxta binasının tikintisi başa çatıb.
Oxu.Az gazeta.ru saytına istinadla xəbər verir ki, Britaniya Kolumbiyası Universitetinin tələbə yataqxanasının binası olan “Brock Commons”un hündürlüyü 53 metrdir və 18 mərtəbədən ibarətdir.
Yataqxananın tikintisi 51,5 milyon dollara başa gəlib. Yataqxanada 400-ə yaxın tələbənin yaşaması planlaşdırılır. Hazırda binada daxili tərtibat işləri gedir. “Brock Commons” ilk sakinlərini 2017-ci ilin sentyabrında qəbul edəcək.
A.M.