Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır
"Pandemiya başlayandan bəri koronavirusun antigen portreti çox dəyişib".
Oxu.Az-ın Lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Fundamental və Translasiya Tibbi Federal Tədqiqat Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar Laboratoriyasının rəhbəri, virusologiya professoru Aleksandr Çepurnov bildirib.
"Əgər əhalinin əsas kütləsinin keçirdiyi xəstəliyi (ilkin variant, delta, omikronun ilk variantları) nəzərə alsaq, son iki ildən bir az artıq müddətdə o qədər mutasiya baş verib ki, virusun antigen portreti əvvəlkindən xeyli fərqlənir. Yeni variantlar, həmçinin bundan əvvəl vaksinasiya və ya xəstəliyi keçirməklə əldə edilmiş immunitetdən qaçma qabiliyyətinə malikdir", - deyə virusoloq bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində baş verən əsas dəyişiklik koronavirusun daha az patogen istiqamətdə dəyişməsidir.
"Yəqin ki, biz qripəbənzər vəziyyətə doğru irəliləyəcəyik və ya vaksinlərin yeni variantlarını sürətlə hazırlamağı öyrənəcəyik", - deyə professor sözlərini yekunlaşdırıb.
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR