Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mikroplastik ağcaqanadların immunitetini azaldır: İnsan sağlamlığına yeni təhlükə
Mikroplastik ağcaqanadların bağırsaqlarına təsir edərək onların immunitetini zəiflədir. Bu isə həşəratların malyariya, denqe qızdırması kimi xəstəliklərə yoluxmasının artmasına gətirə və beləliklə insanlara daha çox ötürməsinə səbəb ola bilər.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı alimlər xəbərdarlıq ediblər.
Mütəxəssislər, ümumiyyətlə, ağcaqanadların inkişafının bütün mərhələlərində yaşama qabiliyyətinin kifayət qədər yüksək olduğunu vurğulayıblar.
"Bununla belə, biz gördük ki, mikroplastikin aşağı konsentrasiyaları ağcaqanad sürfələrində immunitetin zəifləməsinə səbəb olur", - deyə elm adamları vurğulayıblar.
Alimlər həşəratların immunitetinin azalmasının mümkün səbəbi kimi onların bağırsaqlarının mikroplastik hissəcikləri ilə tıxanması ilə bağlayırlar.
"Bu, bağırsaq toxumalarının mikro zədələnməsi, həmçinin mikrobiotanın strukturu və tərkibində dəyişikliklərlə müşayiət oluna bilər. Bu dəyişikliklər ağcaqanad sürfələrinin insektisidlərə və patogenlərə qarşı davamlılığına əhəmiyyətli dərəcədə təsir göstərir. Bir tərəfdən, bu, ağcaqanadların zəhərli preparatlara qarşı daha həssas olmasına səbəb olacaq, digər tərəfdən isə həşəratların sonradan insana ötürülə biləcək müxtəlif parazitar və yoluxucu xəstəliklərə yoluxmasının artmasına gətirib çıxaracaq", - deyə onlar xəbərdarlıq ediblər.
"Mikroplastiklər" teqi üzrə xəbərlər
- Zibillikdən kosmetik çantaya: Plastikdən sabunlar, skrablar və kremlər hazırlanacaq
- İnqilabi texnologiya: Mikrobların köməyi ilə təbiətə zərər verməyən plastik hazırlanır
- Alimlər yeyiləbilən plastik icad etdilər
- Plastik əşya panikası: Evdəki bütün qabları dəyişdirmək lazımdır? - Onkoloq cavab verir
- Beyindəki mikroplastiklər təhlükəli xəstəliklərə səbəb ola bilər