İstanbulun Atatürk hava limanında sərnişinləri daşıyan avtobus “Türk Hava Yolları”nın təyyarəsi ilə toqquşub.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, Qaziantep-İstanbul aviareysini həyata keçirmiş təyyarə park edildikdən sonra sərnişinləri aparmağa gələn avtobus hava gəmisinin ön hissəsinə çırpılıb.
Hər hansı xəsarət qeydə alınmasa da, nəqliyyat vasitələrinə zərər dəyib.
A.M.