Qırmızı dodaq boyası haqqında nələri bilirik? Nə zaman populyar oldu, hansı tarixdən istifadə olunub?
Qədim Misir
Qırmızı dodaq boyasından istifadə etmək ənənəsi dodaqlarının kənarını bahalı daş- qaşlarla bəzəyən mesopotamiyalı qadınlardan bu dövrümüzə qədər gəlib çıxıb. Kleopatraya qırmızı dodaq boyası hazırlamaq üçün qırmızı rəng verən böcəkləri və qarışqaları əzib, onlardan həmin rəngin müxtəlif çalarlarında dodaq boyası hazırlayırdılar. Ən maraqlısı odur ki, hamının eşitdiyi məşhur “ölüm öpüşü” kəlməsi misirli qadınların yod və bromdan hazırladığı zərərli qarışıqdan ibarət olan dodaq boyası haqqında deyilib.

16-cı əsr
Bu əsrdə dodaq boyası hazırlanmasında daha da irəliləyişlər olub. Artıq o dövrdə I Yelizaveta kosmetikanı populyarlaşdırmağa başlayıb. Kraliça solğun ağ dərisini bal mumu və bitkilərdən ibarət qarışıqdan hazırlanan parlaq qırmızı dodaq boyası ilə rəngləndirirdi.

17-ci əsr
1700-cü illər İngiltərədə gərgin anti-kosmetika rejiminin başladığı ərəfələrdir. İngiltərə parlamentinin 1770-ci ildə qəbul etdiyi qanuna əsasən, əgər qadın ailə qurmamışdan əvvəl kosmetikadan istifadə edibsə, ona evlənməyi icazə vermirdilər. Kosmetikanı ancaq fahişələr istifadə edirdilər. Fransada isə tam əksinə idi. Fahişələr və işləyən qadınlar sadə görünməli idi. Onlara kosmetikadan istifadə etməyi qadağan etmişdilər. Ancaq yüksək təbəqənin qadınları kosmetikadan istifadə edə bilərdilər.
18-19-cu əsrlər
1800-ci ilin sonlarına doğru kraliça Viktoriya makiyajın qabalıq göstəricisi olduğunu və modaya uyğun olmadığını bəyan edir. Fransada isə məşhur aktrisa Sara Bernard qırmızı dodaq boyasından istifadə etdiyinə görə ictimai aləmdə daha da məşhurluq qazanır. 1890-cı illərdə Amerikada ilk dodaq boyası reklamı Sears Roebuck Kataloqunda dərc edilməyə başlayır. O zaman dodaq boyasının rəngi qırmızı böcəklərdən əldə edilirdi.

20-ci əsr
1900-1920-ci illərdə qırmızı dodaq boyası yenidən populyar oldu. 1915-ci ildə Maurice Levy, ilk metal dodaq boyası balonunu (dodaq boyası yerləşdirilən qab) kəşf etdi. Bundan əvvəl dodaq boyası ipək kağızlara sarılaraq istifadə olunurdu. 1923-cü ildə modern dodaq boyası balonu istehsal olundu və qısa zamanda Elizabeth Arden, Helena Rubenstein ve Max Factor kimi şirkətlər dodaq boyası istehsalına başladılar. İlk film ulduzlarından olan Klara Bou tünd rəngli dodaq boyasından istifadə edirdi. Bununla da, dodaqlarındakı boya qırmızı kimi görünürdü. O zaman ağ-qara filmlərdə klassik qırmızını görmək mümkün deyildi.

1930-cu illər
Bu illərdə dodaq boyası satışlarında reklamın böyük rolu oldu. Öz adını məşhur kosmetika markası halına gətirənlərdən biri olan Helena Rubinstein dodaq boyasını günəş qoruyucusu olaraq tanıdan ilk insan idi.

1940-cı illər
Müharibə ilə əlaqədar olaraq dodaq boyası çətin tapılırdı. Kimyaçı Hazel Bishop dağılmayan dodaq boyası hazırlamağa nail olur. Bu boya bütün gün dodaqda qala bilirdi. Bu il eyni zamanda dodaq boyası istifadə edən qadınların əleyhinə təbliğat aparılırdı. Amma Maybelline, Revlon və CoverGirl kimi markalar 16 yaşından yuxarı qadınlar üçün dodaq boyası satışını uğurla davam etdirirdilər. 1940-cı illərin sonlarına doğru artıq amerikalı qadınların 90%-i dodaq boyasından istifadə edirdilər.
1950-ci illər
Bu illərdə qırmızı dodaq boyası yenidən məşhurlaşmağa başladı və hətta qadınlara seksual görkəm verdiyi artıq qəbul olundu. Merlin Monro və Elizabet Teylor kimi ulduzlar amerikalı qadınlar arasında dodaq boyası istifadəsini 98%-ə çatdırıb, sözün əsl mənasında, bir partlayışa səbəb oldular. Kosmetik məhsullar o qədər populyarlaşmağa başladı ki, qadınlar bir-birinə ancaq kosmetika hədiyyə edirdilər.

1960-1970-ci illər
Artıq yeni rənglər ortaya çıxır və qırmızı dodaq boyasnıı sıradan çıxarmağa başlayır. Onu əvəzində bej və ağ rəngli dodaq boyaları 1970-ci illərə qədər öz populyarlığını qoruyub saxlaya bilir. Bu il qara və bənövşəyi rənglərdə dodaq boyasından istifadə etmək dəb halına gəlir.
1980-ci illər
Tünd qırmızı dodaq boyası yenidən dəbə qayıdır. Bu zamanlarda M.A.C. ilk qırmızı rəngli dodaq boyasını alıcılarına təqdim edir. Məşhur ulduz Madonna “Like a Virgin” adlı dünya turnesi boyunca bu dodaq boyasından istifadə edərək olduqca populyarlaşır.

1990-cı illər
1990-cı illərin əvvəllərində qəhvə və şaftalı rəngli dodaq boyaları dəbə gəlir. Məşhur aktrisa Drew Barrymorenin bu rənglərin dəbdə olmasında böyük rolu olur. Lakin qırmızı dodaq boyası hələ də öz populyarlığını qoruyub saxlaya bilir.
2003-cü il
Bu il də qırmızı dodaq boyası aktual olur. Kaliforniyalı rokçu Anne 1995-ci ildə imza atdığı “Just a girl” mahnısındakı görkəmi ilə qırmızı dodaq boyasının populyarlığını 2003-cü ildə də qoruyub saxlaya bilir.
2009-cu il
Bu il bədən quruluşunu göstərən paltarları yaxud qlamur saç rəngləri tanınan Lady Gaga qırmızı dodaq boyasını yenidən sevdirir.

2013-cü il
“Qırmızı” adlanan albomu ilə diqqətləri öz üzərinə çəkən pop ulduz Taylor Swift qırmızı xalçaya qan qırmızısı rəngində dodaq boyası ilə çıxdı. Beləliklə, bütün illərdə olduğu kimi bu il də qırmızı dodaq boyası diqqət mərkəzindədir.

Aytən Sadıqzadə