Havalar soyuyanda, xüsusilə qış fəslində insanların ən çox yoluxduğu xəstəliklərdən biri qripdir.
Oxu.Az qripə qarşı ən təsirli qış çayının hazırlanma qaydasını təqdim edir.
Ərzaqlar:
Ekinezya (kirpi otu) otu
3-4 dilim zəncəfil
3 xörək qaşığı təzə limon suyu
2 xörək qaşığı bal
Yarım xörək qaşığı darçın
Yarım çay qaşığı üyüdülmüş mixək
Qırmızı istiot
Hazırlanması:
Bir stəkan qaynar suyun içərisində ekinezya, mixək və zəncəfili töküb qarışdırın. Çayı dəmdən aldıqdan sonra süzüb içinə darçın, bal, istiot və limon suyu əlavə edin. Qarışdırıb isti halda için.