Aleksandr Çernikovun 9-cu mərtəbədən tullanmasını Novoaltayskda (Rusiya) onlarla operator və hətta milis də müşahidə edib.
Amma özünü yandırıb yaşayış binasından aşağı atdığına görə oğlanı “dəlixanaya” göndərən olmadı. Sadəcə sağ-salamat olduğundan əmin olub təbrik etdilər, amma onun saxlanılması mümkün olan maddələr də tapıldı.
Belə hallarda qaçınılmaz olan ölümdən kaskadyoru dərin qar təpəsi olub. Eləcə də təcrübəsi: o, “Dominantlıq, qorxmazlıq, adrenalin” ekstremal hərəkatın təsisçisidir və o, bir dəfə artıq 5-ci mərtəbədən tullanıb.
Tullanma uğurlu alınmayıb, Lifenews yazıb. Aleksandr özünü toplaya bilməyib və daxili orqanlarını, əsas da ağciyərini ciddi zədələyib.
“Mən həyatın kəskinliyini hiss etdim. Həyat gözəldir. Əsas odur ki, sağ və salamatam. Hərəkatın təsisçisi kimi mən dünyada bir nömrəli olmalıyam. Dünya sərhədsizdir, bizim imkanlarımız sərhədsizdir”, - Aleksandr tullandıqdan sonra bildirib.