Rusiyanın Soçi şəhərində dənizdə görünən mənzərə hər kəsi heyrətə gətirib.
Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.
Görüntülərdə gəmilərin sanki havada süzüldükləri görünür.
Soçidə “havada uçan” gəmilər: İllüziya, yoxsa möcüzə? - VİDEO
Əslində bu mənzərə “Fata Morgana” adlı nadir optik illüziya sayəsində yaranır. Belə ki, temperatur fərqləri səbəbindən atmosferin aşağı təbəqələrində müxtəlif sıxlıqlı bir neçə təbəqə əmələ gəlir və ilğım baş verir. Bir növ güzgü effekti yaranır. Bu mənzərə temperatur tarazlığa çatana qədər davam edir.
Mənbə: Kp.ru