Mart ayının 13-də Ukraynada Xarkov vilayətinin rayon dövlət administrasiyasının yeni rəhbəri təyin edilib.
Oxu.Az vz.ua-ya istinadən xəbər verir ki, bu, Ukraynanın ən böyük sabunbişirəni Aleksandr Polituxadır.
Onunla bərabər Xarkovun daha dörd rayonuna rəhbər təyin edilməsinə baxmayaraq, internetin diqqəti “Slobojanski mılovar” şirkətinin təsisçisinə - daha dəqiq onun gözəl arvadına yönəlib.
Alena Polituxanı “Gecə klublarının daimi sakini” adlandırırlar.
Amma o daha çox sosial şəbəkələrdə olan səhifələrində yerləşdirdiyi selfilərinin sayəsində məşhurlaşıb. Və bu şəkillərə görə, o tez-tez trenajor zalına gedir, şampan şərabını sevir və tez-tez mobil telefonunun üzlüyünü dəyişir. İki sözlə ifadə etsək göz oxşayır.