Amerikanın Florida ştatında yaşayan 21 yaşlı Jess adlı xanım uşaq ikən məruz qaldığı cinsi təcavüz ucbatından yaşadığı stressi aradan qaldırmaq və uşaqlara verilən işgəncələrə diqqət çəkmək üçün maraqlı bir yola əl atıb.
Oxu.Az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
Jess körpə bezi geyinir, əmzik əmərək uşaqlığına geri döndüyünü və yaşaya bilmədiyi uşaqlığını yaşadığını düşünür və ancaq bu şəkildə özünü yaxşı hiss etdiyini söyləyir.
Onun 24 yaşlı dostu David həmişə yanındadır. David bunu rəfiqəsinin uşaqlığı ilə barışması üçün etmək lazım olduğunu və onu dəstəklədiyini dilə gətirir.
Bu, zarafat deyil, onun uşaq otağına bənzəyən çəhrayı rəngə bürünmüş yataq otağı, oyuncaqları və s. var.
Aytən Sadıqzadə
www.oxu.az