"Qıcıqlanma və allergiya riskinin yüksək olması səbəbindən uşaqlar və yeniyetmələr saçlara intensiv kimyəvi və ya termik təsir tələb edən prosedurları ən azı 16 yaşadək təxirə salmalıdırlar".
Oxu.Az xəbər verir ki, bunu Kp.ru-ya rusiyalı dermatoloq Sofiya Titova deyib.
Həkimin sözlərinə görə, yeniyetməlik dövründə saçlar və baş dərisi kimyəvi maddələrə qarşı daha həssas olur. Dərinin qoruyucu baryer funksiyalarının tam yetkinləşməməsi kontakt dermatit və allergik reaksiyaların yaranma ehtimalını artırır. Bu xəbərdarlıq saçların burulması (perma), rənginin açılması və daimi düzləşdirilməsi prosedurlarına şamil edilir.
Prosedurdan imtina etmək mümkün olmadıqda, dermatoloq peşəkar və etibarlı ustaya müraciət etməyi tövsiyə edir. Həmçinin saçları burdurmazdan əvvəl mütləq trixoloqla məsləhətləşməyin vacibliyi vurğulanır.