Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xərçəng xəstəliyini tamamilə məhv edən dərman hazırlandı
Xərçəng xəstəliyini tamamilə məhv edən dərman hazırlanıb.
Oxu.Az xəbər verir ki, amerikalı alimlər siçanlar üzərində eksperimentlər apararaq yeni vaksinin melanomaya qarşı effektivliyini sübut ediblər.
Alimlər dəri xərçəngi ilə mübarizədə kimya terapiyasının effektivliyini artırmaq üçün 100 mindən çox kimyəvi birləşmələri test ediblər. Nəticədə bu, diprovosim adlı maddəni əldə etməyə kömək edib.
Lakin siçanlar üzərində aparılan eksperimentlərin uğurlu nəticələri hələ o demək deyil ki, yeni vaksin xərçəng xəstəliyindən əziyyət çəkən insanlara da eyni təsir göstərəcək. Bu üzdən alimlər araşdırmaları davam etdirəcəklər.