Yardımlı rayonunun Deryavar kəndində “cip” suyun altında qalıb.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, kənddən keçən yoldan gedən sel avtomobili öz ağuşuna alıb.
Hadisə şahidləri bildiriblər ki, avtomobildə beş nəfər olub. Kənd sakinlərinin köməyi ilə onlar xilas edilsə də, nəqliyyat vasitəsini sudan çıxarmaq mümkün olmayıb.
Sakinlərin sözlərinə əsasən, su gələn hissədə körpü olmadığı üçün avtomobillər sel gələn ərazi ilə hərəkət etməli olur.
S.B.
www.oxu.az