Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yer kürəsi təhlükədə: Bəşəriyyətin təhlükəsizlik zonası tükənmək üzrədir
2024-cü ildə havanın orta temperaturu 1.5 Selsi dərəcə yüksəlib.
İngiltərənin Ekseter Universitetinin alimi Qeyl Uaytmanın fikrincə, bu, bütün dünya ölkələri üçün həyəcan siqnalıdır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Nature" jurnalında dərc olunmuş materialda bildirilib.
Alim əlavə edib ki, hətta qeydə alınan təhlükəni nəzərə alsaq belə, ölkələr heç bir tədbir görməyəcəklər. İnsanlar qlobal istiləşmədən narahatlıq duymurlar, sadəcə özlərini sakitləşdirirlər. Onlar düşünürlər ki, əgər planet bu xətti keçibsə və heç nə baş verməyibsə, deməli, hər şey qaydasındadır.
Lakin bunlar yanlış düşüncələrdir. Alimlər tezliklə BMT-nin böyük iqlim sammitində çıxış edəcək və bu mühüm məsələni qaldıracaqlar.
"Biz bəşəriyyət üçün təhlükəsiz zona hesab etdiyimiz şeyin sonuna yaxınlaşırıq", - deyə Qeyl Uaytman qeyd edib.
"Yer kürəsi" teqi üzrə xəbərlər
- Elmdə maraqlı kəşf: Dünyanın yaradılışı Bibliyada yazıldığı kimidir
- Yerin fırlanma sürəti anomal dərəcədə artıb: Dünya vaxtından bir saniyə çıxara bilərlər
- Alimlər 2032-ci ildə asteroidin Yerlə toqquşma ehtimalını nəzərdən keçiriblər
- Sabah Yer kürəsini maqnit qasırğası vuracaq
- İlon Mask bəşəriyyətin Yer kürəsində süqutunun vaxtını açıqladı