Nəsimi rayon ərazisində avtoxuliqanlıq edən iki sürücü saxlanılıb.
Oxu.Az xəbər verir ki, bunlardan biri 90 OC 555 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobilin sürücüsü Eyyubov Şahin Vidadi oğlu, digəri isə “Audi” markalı, 99 HZ 735 dövlət nömrə nişanlı avtomobilin sahibi Atakişiyev Rüfət Rauf oğlu olub.
Hər iki sürücü Nəsimi rayon Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Avtoxuliqanlar barəsində toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki sürücü İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsinə uyğun olaraq 750 manat cərimə olunub və 1 illik sürücülük hüququndan məhrum edilib.