Mexiko zooparkında qeyri-adi heyvan dünyaya gəlib. Zonki adlandırılan bu heyvan zebra və ulağın hibrididir/mələzidir.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, CAR-da çəkilən cizgi filminin qəhrəmanının şərəfinə körpənin adını Kumba qoyublar. Cizgi filmindəki prototipi ilə Zonki rənginə görə də bənzərdir, - onun bədəninin yalnız bir hissəsi zolaqlıdır. Kumba ən çox atasının – albinos-ulağın rəngini götürüb, anasından isə ayaqlarına zolaqlar keçib. Zooparkın əməkdaşları deyirlər ki, Kumba kimi heyvanların dünyaya gəlməsi nadir hadisədir, belə ki, ulaq və zebranın xromosomları praktiki olaraq uyğun gəlmir.