Britaniya Kinosu Festivalı - Azərbaycan tamaşaçısına Britaniya kinematoqrafiyasının ən yaxşı filmlərini nümayiş etdirmək kimi əhəmiyyətli məsələni öz qarşısına qoyan kinofilmlər aləmində ən əhəmiyyətli hadisələrdən biridir.
Oxu.Az xəbər verir ki, bu ilin aprel ayının 8-dən 12-dək “28 Cinema” kinoteatrında “British Film Spring” (Bahar Mövsümünün Britaniya Kinofilmləri) adı altında İkinci Britaniya Kinosu Festivalı keçiriləcək. Tədbirin təşkilatçıları British Council (Britaniya Tədris Şurası), Böyük Britaniya Səfirliyi, Unicef, “28 Cinema” və PWC şirkətidir.
Sözügedən festival sağlamlıq imkanları məhdud olan uşaqlar ilə işə həsr edilib. Bütöv bir ay ərzində, xarici məşqçilər tərəfindən uşaqlar ilə böyük işlər görülüb və festivalda uşaqların bacarıqlarını və uğurlarını nümayiş etdirən qısa video çarx göstəriləcək. Tədbiri açılışı “Mr Turner” filmi ilə başlayacaq. Filmin süjeti unikal Britaniya rəssamı Uilyam Ternerin həyat tarixçəsindən və yaradıcılıqlarından bəhs edir. Həmçinin, tamaşaçılara “Yamsılama oyunu” (The İmmitation Game), “Paddinqtonun macəraları” (Paddington), “Qoyuncığaz Şon” (Shaun The Sheep), “Rinq” (The Ring), “Qürür” (Pride) filmləri nümayiş etdiriləcək. Filmlər ingilis dilində göstəriləcək.
Biletlərin qiyməti 2D filmlər üçün 2 AZN, 3D filmlər üçün isə 3 AZN təşkil edir. Biletlər artıq satışdadır.
Daha ətraflı məlumatı 28cinema.az internet səhifəsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, British Council (Britaniya Tədris Şurası) mətbuat xidməti 8-12 aprel tarixlərində Bakıda I Britaniya kino festivalını keçiriləcəyi barədə məlumat yaymışdı.
Tədbirin təşkilatçıları British Coucil, (Britaniya Tədris Şurası), Böyük Britaniya Səfirliyi, Unicef, 28 Cinema və PWC şirkəti idi. Tamaşaçılara “Yamsılama oyunu” (The İmmitation Game), “Paddinqtonun macəraları” (Paddington), “Qoyuncığaz Şon” (Shaun The Sheep), “Rinq” (The Ring), “Qürür” (Pride) filmləri nümayiş olunmuşdu. Həmin filmlər ingilis dilində nümayiş etdirilmişdi.

Aytən Sadıqzadə