Türkiyəli iş adamı Ali Ağaoğlu maqazin verilişlərindən birinə müsahibə verib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, iş adamının evində diqqət çəkən məqamlardan biri də Mustafa Kamal Atatürkün heykəli olub. Heykəli azərbaycanlı heykəltəraş Sənan Eynullayev hazırlayıb.
Qeyd edək ki, Sənan Eynullayev 1992-ci ildən İstanbulda yaşayır. O, Türkiyənin bir çox siyasət adamlarının bal mumundan heykəllərini də hazırlayıb.
A.S.
www.oxu.az