Bu ilin payızında NTV-nin yeni irimiqyaslı “Tı super! Tansı” layihəsi start götürür.
Oxu.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, unikal rəqs müsabiqəsi valideyn himayəsindən məhrum olan uşaqlara böyük rəqs dünyasında ilk addımlarını atmağa kömək edir. Müsabiqədə gənc rəqqaslar soloda, cüt şəkildə və kollektiv rəqs edəcəklər.
Müsabiqənin iştirakçıları — Abbasqulu Səfərov və İlkin Hüseynovun mətbuat konfransı keçirilib.
“Tı super! Tansı"” (“Sən supersən! Rəqslər”) öz həyatını dəyişmək, özünü böyük auditoriyaya təqdim etmək şansı, dünya şöhrətli rəqqaslar və xoreoqraflarla işləmək, unudulmaz təəssüratlar almaq, yeni dostlar tapmaq və öz kumirlərinlə tanış olmaq imkanıdır. Beynəlxalq müsabiqə Rusiya, MDB və Baltik ölkələrinin müxtəlif guşələrindən olan istedadları birləşdirir.
A.S.
www.oxu.az