Xalq artisti Azərin Türkiyədə onlayn platformada “Musiqi Müəllimləri Məktəbi Söhbətləri”nin qonağı olub.
“Anadolu” xəbər verir ki, o, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumlarından və Azərbaycanın işğal altındakı torpaqlarını geri almaq uğrunda mübarizəsindən danışıb.
“İnanıram, Azərbaycan bayrağını Qarabağda asacağıq”, - deyə o qeyd edib.
Sənətçi məşhur “Çırpınırdı Qara dəniz” əsərini Qarabağda da ifa edəcəyini vəd etdi.