Beynəlxalq Moskva Kino Festivalının laureatı Maksim Şavkin Sankt-Peterburqda dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə “Seans” jurnalı “Facebook”da məlumat yayıb.
“Biz Maksimin əziz olduğu hər kəs ilə birgə kədərlənirik”,-deyə nəşr yazır.
Şavkin Moskva yeni kino məktəbinin məzunu, rejissoru olub. Onun “14 addım” filmi BMKF-nin 36-cı müsabiqəsində qalib gəlib.
Film həmçinin Kann festivalının “Sinefondasyon” proqramında göstərilib.
A.S.
www.oxu.az