Premium kinoteatr “CinemaPlus 28 Mall” payızın rəngarəng bayramlarından olan “Halloween”də təbilçilərin musiqi şousunun müşayiəti altında mistik personajların və super qəhrəmanların maskarad festivalını keçirib.
Oxu.Az xəbər verir ki, dünyada məşhur olan bu maraqlı və orijinal bayramda “CinemaPlus Ganjlik Mall” və “CinemaPlus 28 Mall” kinoteatrlarının foyeləri qorxulu və xoş dekorasiyalar ilə bəzədilib.
Qonaqlar “Amapola Exclusive Events” şirkətinin dekorçular komandası tərəfindən qurulmuş “Halloween” atmosferindən məftun olmuş, xatirə şəkilləri və şən selfilər çəkdirmiş, həmçinin böyük həvəslə maskarad festivalına qoşulmuşdular.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.