Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Fəlakət” film oldu – FOTO
Daha bir yerli filmin təqdimatı baş tutacaq.
Oxu.Az xəbər verir ki, absurd komediya janrında olan “Fəlakət” filmində baş rolu obrazın yaradıcısı Elşən Orucov oynayacaq.
Çəkilişləri cari ilin mart ayında tamamlanan filmdə həmişəkindən fərqli olaraq, “Fəlakət”in yanında “Bozbaş Pictures” komandası olmayıb.
“Art Film Baku”nun ərsəyə gətirdiyi komediyanın quruluşçu rejissoru Emil Quliyev, quruluşçu operatoru Orxan Abbasov, icraçı və kreativ prodüseri Azər Aydəmirdir.
Filmdə Elşən Orucovla bərabər, Azər Aydəmir, Orxan Ata, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, Taleh Yüzbəyov və başqaları çəkilib.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər