Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hüseynqulu Sarabskinin 140 illiyi keçiriləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev “Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamla Mədəniyyət Nazirliyinə görkəmli sənətkar Hüseynqulu Sarabskinin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sərəncamda deyilir: “2019-cu ilin mart ayında görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Məlik oğlu Rzayevin) anadan olmasının 140 illiyi tamam olur. Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri var. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaradıb. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak edib, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr verib”.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
- Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
- Efiopiyanın baş naziri Azərbaycan Prezidentini təbrik edib
- Prezident İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib
- Alyona Əliyeva Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib