Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib.

Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsində çalışıb.
Qaynar xətt:
(055) 224 12 12