İrlandiyalı yazıçı və dramaturq Uilyam Trevor 88 yaşında dünyasını dəyişib.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə “Penguin Random House” nəşriyyat evinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.
U.Trevor bir çox roman və monoqrafiyaların müəllifidir. Onun “Standart davranış” (“A Standard of Behaviour”) adlı ilk romanı 1965-ci ildə nəşr edilib. Trevor yaradıcılığı ərzində təqribən 30 roman və hekayə nəşr etdirib. Onların bəzilərinin süjeti pyes və filmlərin əsasını təşkil edib.
A.S.
www.oxu.az