Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Minlərlə eksponatın qorunduğu Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb.
1935-ci ildə isə ona görkəmli dramaturq, milli teatr sənətimizin inkişafında böyük rolu olan Cəfər Cabbarlının adı verilib.
Bu gün Teatr Muzeyinin fondunda 140.000-dən artıq eksponat qorunur. Bu eksponatlar milli teatrın yaranma tarixini, inkişaf yollarını, teatr korifeylərimizin həyat və yaradıcılığını özündə əks etdirən nadir əlyazmalardan, memorial əşyalardan, tamaşaların fotolarından, proqram və afişalardan, geyim və dekorasiya eskizlərindən, səhnə tərtibatlarının maketlərindən, aktyorların səhnə geyimlərindən və sairdən ibarətdir. Fondda qorunan materialların böyük əksəriyyəti orijinaldır.
PhotoStock.Az-ın əməkdaşı sözügedən muzeydən fotoreportaj hazırlayıb.
Daha çox foto burada: PhotoStock.Az
Rəylər