Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kəmalə Hüseynova Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tərəfindən “Fəxri Fərman”la mükafatlandırılıb.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, mükafatlandırma mərasimi Dövlət Gənc Tamaşaçılar Teatrında, iyun ayının 14-də baş tutub. Aktrisa həmin zaman Astanada keçirilən V “Səhnədən salam” Beynəlxalq Teatr Festivalında iştirak etdiyi üçün mükafatı aktrisaya teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov təqdim edib.
“Fəxri Fərman” bu günlərdə 50 illik yubileyi tamam olan aktrisaya kino və teatr sahəsində uğurlu fəaliyyətinə görə təqdim edilib.
Kəmalə Hüseynova 1990-cı ildən Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Aktrisa teatrın cari repertuarında olan bir çox tamaşalarda baş rolların ifaçısıdır.