16 oktyabrda görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli, professor Ramiz Mustafayevin (1926-2008) anadan olmasının 90 ili tamam oldu.
Oxu.Az xəbər verir ki, Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romans bəstələmiş, 200-dən artıq xalq mahnısını xor üçün işləmişdir.
Azərbaycanda xor sənətinin bugünki inkişafı Ramiz Mustafayevin adı ilə bağlıdır. Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin xoruna rəhbərlik edən sənətkar 82 illik ömür yolunun 65 ilini musiqi sənətinin inkişafına həsr edib.
23-26 noyabr tarixində Ramiz Mustafayevin 90 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcəkdir.
Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Festival çərçivəsində 23 noyabrda Azərbaycan Dövlət Mahnı Teatrında “Ötən illərin nəğmələri” mahnı gecəsi, 24 və 25 noyabrda Azərbaycan Dövlət Filarmoniyasında konsertlərin keçirilməsi, 26 noyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Vaqif” operasının premyerası nəzərdə tutulub.
A.S.
www.oxu.az