“CinemaPlus 28 Mall” premium kinoteatrında döyüş səhnələri ilə bol olan “Startrek: Sonsuzluq” fantastik filminin press-nümayişi baş tutub.
Oxu.Az xəbər verir ki, ekran işinin rejissoru “Forsaj” franşizasının bir neçə filmləri üzərində işləmiş Castin Lindir. Filmin prodüseri “Ulduz müharibələri” filminin yeni epizodunun rejissoru olan Cey Cey Abramsdır.
Baş rolları Kris Payn, Zakari Kuinto, Zoi Saldana və İdris Elba oynayıb.
Filmdə hadisələr beş illik missiyanın başlanğıcından iki il sonra baş verir. Kapitan Ceyms T.Kirk başda olmaqla “Enterprayz” ulduz gəmisinin heyəti güclü və təhlükəli yadplanetlilər tərəfindən hücuma məruz qalaraq naməlum planetdə yeni amansız düşmənla münaqişəyə girir.
Daha ətraflı məlumat əldə etmək məqsədilə İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.
Aytən Sadıqzadə
www.oxu.az