“Dünən əziz torpağımız Şuşa bizə qayıtdı. Bu bizim üçün bayramdır”.
Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, pianoçu Murad Adıgözəlzadə bildirib.
“Ötən gün elə həyəcan keçirmişəm ki, gücümü də itirmişəm. Valideynlərim şuşalıdır, hamı məni təbrik etdi. Bu, şuşalıların bayramı deyil, bütün azərbaycanlıların bayramıdır.
Mən bu bayram münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Dünən Prezident İlham Əliyev və ordumuz bizə hədiyyə bəxş etdi. Dünənki hədiyyə sərhədsiz və əvəzsizdir", - deyə Xalq artisti qeyd edib.
O vurğulayıb ki, qalan torpaqlar da alınacaq:
“İstərdim ki, belə müsahibələri Şuşada verək”.
İlhamə Əbülfət
Rəylər