Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklik təklif edilib
Daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydalar və pasport forması təsdiq edilir.
Oxu.Az xəbər verir ki, bu, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.
Qanunvericiliyə əsasən, abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisindəki Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix Memarlıq və "Qala" Dövlət Tarix - Etnoqrafiya qoruqları ərazisində "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu həyata keçirir. Bu hal dövlət mühafizəsinə götürülmüş abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənədin - pasportun vahid formada və qaydada deyil, hər bir qurum tərəfindən fərdi qaydalarda hazırlanmasına zəmin yaradır.
Bu baxımdan, daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və bir pasport formasının təsdiq edilməsi vacibdir.
Təklif olunan dəyişiklik Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.
Mərahim Nəsib
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Mədəniyyət naziri Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşüb
- Şərq və Qərb sənətinin qovşağında: Azərbaycan irsi Tacikistanda təqdim olunur
- Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- İntiqam Babayevin yerinə yeni aparat rəhbəri təyin olundu
- Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yeni dərslik hazırlanacaq: Müstəqillik dövründə ilk olacaq