Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tokayev Azərbaycanın tanınmış aktyorunun oğlunu təltif etdi
Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında dövlət başçısı Kasım-Jomart Tokayev Qazaxıstanın Aktau şəhərində yaşayan ictimai fəal Tağı Zirəddin oğlu Tağıyev Qazaxıstan Xalq Assambleyasının yaranmasının 30 illiyi ilə bağlı yubiley medalı ilə təltif edib.
Oxu.Az-ın məlumatına görə, medalı prezidentin adından Manqistau vilayətinin icra başçısı Nurdaulet Kilıbay təqdim edib.
Xatırladaq ki, Qazaxıstan Xalqı Assambleyasının sədri ölkə Prezidenti Kasım-Jomart Tokayevdir.
Bir müddət əvvəl Tağı Tağıyev Qazaxıstan Xalq Assambleyasının "Səxavətli Ruh" ("Jomart Jan") döş nişanı ilə də təltif edilib.
Qeyd edək ki, Tağı Tağıyev Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi aktyor Zirəddin Tağıyevin oğludur.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: "Pəncərədən uzaqlaşın"
- Nursultan Nazarbayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi
- Qazaxıstan rusiyalı vitse-spiker və deputatların ölkəyə girişini qadağan etdi
- Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
- Qazaxıstanda yaşayış icazəsi pulla satılacaq