Xalq artisti Tükəzban İsmayılovanın anadan olmasından 93 il ötür.
Oxu.Az xəbər verir ki, Tükəzban İsmayılova 21 dekabr 1923-cü ildə Bakıda anadan olub. 1942-ci ildə Bakı Musiqi Texnikumunu bitirib.
Azərbaycan Dövlət Filarmoniyasının (1939-1946, 1949-1978), Azərbaycan Radio Verilişləri Komitəsi xorunun (1946-1949), Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (1978-2008) solisti olub. Repertuarında muğam, təsnif, xalq mahnıları və Azərbaycan bəstəkarlarının mahnıları əsas yer tutub. Pedaqoji fəaliyyətlə də məşğul olub.
Tükəzban İsmayılova uzun səhnə fəaliyyətini həyat yoldaşı, onu tarda müşayiət edən Xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırıb. 1985-ci ildən İncəsənət gimnaziyasında muğam dərsi deyib. 1998-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib.
2008-ci il mart ayının 24-də Bakıda vəfat edib.
Mərhum Xalq artisti İlhamə Quliyevanın anasıdır.
Aytən Sadıqzadə
www.oxu.az